Müğənni Britni Spirs özündən 12 yaş balaca sevgilisi Sem Asgari ilə birgə çimərlikdə çəkdirdiyi videonu sosial şəbəkədə paylaşıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 35 yaşlı pop ifaçısı öyrəndiyi yeni tryukları nümayiş etdirib. O, 23 yaşlı sevgilisinin çiyinlərinə çıxaraq oradan dənizə tullanıb.
Eyni zamanda bu yaxınlarda əvvəlki bədən quruluşunu itirdiyi üçün tənqidlərə məruz qalan Britni bikinidə poz verərək bədənini nümayiş etdirib.
Onun sarı bikinidə paylaşdığı görüntüsünə minlərlə “like” və şərhlər gəlib.