FOX Sports kanalının şərhçisi Veronika Rodrigez müsahibə verib. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:
– Sosial mediada məşhursunuz. Bunu nəyə bağlayırsız?
– Fikrimcə, idmanın dünyada çox məhşur olması və mənim ona aşiq olmağım bunun səbəbidir. İşim olduğu üçün bütün günü idmandan danışmağım insanların da diqqətini çəkdi. Əsl səbəbin bu olduğunu düşünürəm.
– Nə vaxtdan futbolla maraqlanırsız?
– Həyatı dərk edəndən bəri futbolla qohum olmuşam. Ailəmdə önəmli bir yerə sahibdir. Nə zaman bir araya gəlsək, futboldan söhbət edirik. 8 yaşımdan stadionlara gedirəm. Babam və atam bacımla məni təzahüratlar etmək üçün stadiona aparardı. Sonradan çox güclü bağlılıq yarandı. Düşünürəm ki, futbola aşiqəm.
– Ən böyük xəyalın nədir?
– Hazırda ən böyük xəyalımı reallaşdırıram. Ən sevdiyim idman növü ilə məşğulam və onun sayəsində etibar qazanıram. Bundan daha yaxşısını düşünmək istəmirəm.
– Sizə görə ən xarizmalı baş məşqçi kimdir?
– Van Qal (gülür)… Təbii ki, zarafat edirəm. Məncə, bu Yürgen Kloppdur. Münasibət qura biləcəyiniz qədər fanatik və insanlığa sahibdir.
– Ən yaraşıqlı futbolçu desəm?
– Məsut Özil. O, qəlbimin sahibidir.
– Hansı komandaya azarkeşlik edirsiniz?
– Meksikada favorit komandam “Pumas”dır. Amma “Barselona” və “Yuventus”la fərqli hisslər yaşayıram. Qəlbim çempionlara bölündü.
– Hansı idman növlərini daha çox sevirsiz?
– Futbol mənim ilk sevgimdir. Amma güləş və motosiklet yaraşılarını da sevirəm.
– Bundan əvvəl Türkiyəyə gəldinizmi?
– Heç Türkiyəyə gəlmədim. Amma bu mənim ən böyük xəyallarımdan biri idi. Çox gözəl ölkə kimi görünür.
– Messi, yoxsa Ronaldo?
– Messi. O, futbolu sehirli və xüsusi göstərir. Qətiyyən bu dünyadan deyil.
http://s019.radikal.ru/i605/1704/28/e50cd924afc4.jpg
http://s019.radikal.ru/i605/1704/0a/5c02d9e54b1c.jpg
http://s019.radikal.ru/i608/1704/49/112d9c7f7b0a.jpg
http://s008.radikal.ru/i304/1704/7f/ec08c66753fd.jpg
http://s014.radikal.ru/i328/1704/90/f5b892d90667.jpg
http://s018.radikal.ru/i528/1704/62/242179f1e504.jpg
http://s41.radikal.ru/i091/1704/62/636cd1a05569.jpg
http://s019.radikal.ru/i612/1704/f3/2e3487e25476.jpg