Ukraynalı boksçu Vladimir Kliçko titulunu qorumaq uğrunda Böyük Britaniya boksçusu Entoni Coşua ilə keçirəcəyi döyüşdən öncə mətbuat konfransı keçirib.
Axar.az xəbər verir ki, mətbuat konfransında maraqlı anlar yaşanıb. Belə ki, KİV nümayəndələrindən biri V. Kliçkonun gözünün zədələnməsi barədə sual verərkən ukraynalı boksçu anidən hər kəsin gülüşünə səbəb olacaq cavab verib. O jurnalistin sualının yekunlaşmasını gözləmədən “Yalan xəbərlər” (Fake News) deyə cavab verib.
Dünyaca tanınmış boksçu bununla ABŞ Prezidenti Donald Trampı parodiya edib.