“Nə səbəbə yandığı dəqiq bilinmir”
Şəmkir rayonu Zəyəm-Cırdaxan kəndi ərazisində, kənd sakini Alı Burcuyevə məxsus fermanın yardımçı otağında yanğın baş verib.
ARB Kəpəz xəbər verir ki, 12 kvm. sahədə yanar konstruksiyalar yanıb.
Alov söndürüldükdən sonra orada çoban işləyən, kənd sakini Aydın Ələsgərovun yanmış meyiti tapılıb.
Sabir Şahquliyev – Mərhumun qohumu: “Gecə yanıb. Nə səbəbə yandığı da dəqiq bilinmir. İşığımız yox, qazımız yox, yanıbsa odun sobasından yanıb ya da şamdan yanıb. 2 dana, 1 inək, 1 quzu, 50 dənə də xırda heyvan ölüb”.
Hadisənin səbəbləri araşdırılır.