“Nordstrom” firması cins şalvar modelində yeniliyə imza atıb. Belə ki, geyim firması palçıqlı cins şalvar dizayn edərək satışa çıxarıb.
Musavat.com-un məlumatına görə, yeni cins şalvarın şəkilləri sosial şəbəkələrdə sürətla yayılıb və böyük marağa səbəb olub. Geyim firması isə cinsin amerikalıların fəhlə geyimi olduğunu xatırladaraq, ona uyğun model yaratdıqlarını bildirib.
425 dollara satışa çıxarılan cins şalvarı lağa qoyanlar onu bəyənənlərdən qat-qat çox olub.