Загрузка...

34 yaşlı, 25 illik təcrübəsi olan rayon rəhbərlərimiz - İcra başçılarımız haralıdır?

Ölkə.az icra başçılarıyla bağlı araşdırma aparıb.

Maraqlıdır ki, onlar arasında icra başçısı kimi təcrübəsi olanı da var, 34 yaşında icra başçısı təyin ediləni də. 36 yaşı olanı da var, yaşı səksəni haqlayanı da. Yazıda həmçinin icra başçılarımızın mənsub olduğu bölgələr də qeyd edilib.

Abşeron rayonunun icra başçısı İradə Gülməmmədova 1962-ci ilin 1 oktyabr tarixində Şuşa şəhərində anadan olub. 2015-ci ildən hazırki vəzifəsini icra edir.

34 yaşlı, 25 illik təcrübəsi olan rayon rəhbərlərimiz - İcra başçılarımız haralıdır?

Raqub Məmmədov 1961-cı ilin avqust ayının 9-da Ağdamın Xıdılı kəndində anadan olub. Üç ildir doğulduğu rayona rəhbərlik edir.

34 yaşlı, 25 illik təcrübəsi olan rayon rəhbərlərimiz - İcra başçılarımız haralıdır?

İbrahimov Tofiq Hüseyn oğlu isə əslən Qəbələdəndir. 1954-cü il təvəllüdlü İbrahimov 2012-ci ildən Ağdaşın icra başçısıdır.

34 yaşlı, 25 illik təcrübəsi olan rayon rəhbərlərimiz - İcra başçılarımız haralıdır?

Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun 58 yaşı var. 12 ildir bu rayona rəhbərlik edir.

Картинки по запросу Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov

Quliyev Məhərrəm Böyükağa oğlu 1968-ci ildə Lənkəranda anadan olub. 2011-ci ildən Ağstafa rayon İcra hakimiyyətinin başçısı təyin edilib.

/520px-Agstafa-rih.jpg” alt=”Картинки по запросу Quliyev Məhərrəm Böyükağa oğlu”/>

Ənvər Qasım oğlu Seyidəliyev 1950-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olub. On ildir Ağsunun icra başçısıdır.

34 yaşlı, 25 illik təcrübəsi olan rayon rəhbərlərimiz - İcra başçılarımız haralıdır?

Qəzənfər Ağayev isə 2 noyabr 1961-ci ildə Naxçıvan şəhərində dünyaya gəlib. 2012-ci ildə Astara rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

34 yaşlı, 25 illik təcrübəsi olan rayon rəhbərlərimiz - İcra başçılarımız haralıdır?

Balakənin icra başçısı İslam Rzayev 1965-ci ildə Göyçay rayonunda anadan olub. 52 yaşlı icra başçısı altı ildir bu vəzifədədir.

34 yaşlı, 25 illik təcrübəsi olan rayon rəhbərlərimiz - İcra başçılarımız haralıdır?

İsayev Vidadi İsa oğlu 18 aprel 1959-cu ildə Ermənistan SSR-nin Əzizbəyov rayonunun Artavan kəndində anadan olub. 2011-ci ildən Bərdəyə rəhbərlik edir.

34 yaşlı, 25 illik təcrübəsi olan rayon rəhbərlərimiz - İcra başçılarımız haralıdır?

Hacıbala Abutalıbov 1944-cü il mayın 13-də Türkmənistanın Krasnovodsk şəhərində anadan olub. 2011-ci ildən Bakının meridir.

34 yaşlı, 25 illik təcrübəsi olan rayon rəhbərlərimiz - İcra başçılarımız haralıdır?

Vaqif Abdullayev 16 oktyabr 1956-cı il tarixdə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olmuşdur. 2012-ci ildən Beyləqanın icra başçısıdır.

34 yaşlı, 25 illik təcrübəsi olan rayon rəhbərlərimiz - İcra başçılarımız haralıdır?

1958-ci ildə Kələbəcərdə anadan olmuş Mahir Quliyev isə 2011-ci ildən Biləsuvara rəhbərlik edir.

34 yaşlı, 25 illik təcrübəsi olan rayon rəhbərlərimiz - İcra başçılarımız haralıdır?

Cəbrayılın 2016-cı ildə təyin olunmuş yeni icra başçısı Kamal Həsənovun isə 60 yaşı var.

34 yaşlı, 25 illik təcrübəsi olan rayon rəhbərlərimiz - İcra başçılarımız haralıdır?

Cəlilabada rəhbərlik edən Əziz Əzizov da əslən Cəbrayıldandır. 1963-cü il təvəllüdlü icra başçısı 2006-cı ildən bu postdadır.

34 yaşlı, 25 illik təcrübəsi olan rayon rəhbərlərimiz - İcra başçılarımız haralıdır?

İcra başçıları arasında populyarlığıyla seçilən Əhəd Abıyevin 59 yaşı var. Əslən Masallı rayonundan olan Abıyev 2011-ci ildən hazırki vəzifəsini icra edir.

34 yaşlı, 25 illik təcrübəsi olan rayon rəhbərlərimiz - İcra başçılarımız haralıdır?

Əslən Lerikdən olan 63 yaşlı Novruz Novruzov on ildir Şabranın icra başçısıdır.

34 yaşlı, 25 illik təcrübəsi olan rayon rəhbərlərimiz - İcra başçılarımız haralıdır?

27 may 1956-cı ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş Mərdan Camalov 2005-ci ildən bu vəzifədədir.

34 yaşlı, 25 illik təcrübəsi olan rayon rəhbərlərimiz - İcra başçılarımız haralıdır?

1955-ci il doğumlu Alı Alıyev 6 ildir ki, doğulduğu rayonun rəhbəridir. O, 2011-ci ildən Füzuli rayonunun icra başçısıdır.

34 yaşlı, 25 illik təcrübəsi olan rayon rəhbərlərimiz - İcra başçılarımız haralıdır?

Gəncənin icra başçısı Elmar Vəliyev 1960-cı ildə Yevlaxda dünyaya gəlib. Vəliyev 2011-ci ildə Eldar Əzizovun yerinə bu posta təyin edilib.

34 yaşlı, 25 illik təcrübəsi olan rayon rəhbərlərimiz - İcra başçılarımız haralıdır?

Gədəbəyin icra başçısı Ramiz Yediyarov 1966-cı il tarixdə Ermənistan SSR-nin Vedi rayonunda anadan olub. O, 2012-ci ildə bu vəzifədə Kamran Rzazadəni əvəzləyib.

34 yaşlı, 25 illik təcrübəsi olan rayon rəhbərlərimiz - İcra başçılarımız haralıdır?

2009-cu ildən Goranboyun icra başçısı vəzifəsində çalışan Nizaməddin Quliyev 1954-cü ildə bu rayonun Tap Qaraqoyunlu kəndində anadan olub.

34 yaşlı, 25 illik təcrübəsi olan rayon rəhbərlərimiz - İcra başçılarımız haralıdır?

Göyçayın icra başçısı Mehdi Səlimzadə 2016-cı ildə bu vəzifədə Mübariz Ağayevi əvəzləyib. M.Səlimzadə 1955-ci il doğumludur.

Картинки по запросу Göyçayın icra başçısı Mehdi Səlimzadə

Hacıqabulun icra başçısı Əhməd Muxtarov 1951-ci ildə Yevlax rayonu Malbinəsi kəndində anadan olub. 2006-cı ildən hazırki vəzifəsindədir.

Картинки по запросу Hacıqabulun icra başçısı Əhməd Muxtarov

Göygölün 1957-ci il doğumlu icra başçısı Arif Seyidov əslən bu rayondandır. Onun icra başçısı kimi 11 illik təcrübəsi var.

34 yaşlı, 25 illik təcrübəsi olan rayon rəhbərlərimiz - İcra başçılarımız haralıdır?

Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayev yaşlılardan hesab edilir. O, 1939-cu il aprelin 1-də Naxçıvan MR-nın Ordubad rayonunun Aşağı Əndəmic kəndində anadan olub. 78 yaşlı Xanbabayev 2004-ci ildən bu vəzifədədir.

34 yaşlı, 25 illik təcrübəsi olan rayon rəhbərlərimiz - İcra başçılarımız haralıdır?

Xızı rayonunu icra başçısı Xəzər Aslanov 1970-ci ildə Bakı şəhərində anadan olub. Gənc icra başçılarından hesab edilən Aslanov 2012-ci ildən bu vəzifədədir.

34 yaşlı, 25 illik təcrübəsi olan rayon rəhbərlərimiz - İcra başçılarımız haralıdır?

Şahmar Şahhüseyn oğlu Usubov 1953-cü il avqust ayının 4-də Yuxarı Qarabağın Xocalı kəndində anadan olub. 2000-ci ildən bu postdadır.

Картинки по запросу Şahmar Şahhüseyn oğlu Usubov

Xocavəndin icra başçısı Hüseynov Eyvaz Mövsüm oğlu 15 fevral 1959-cu ildə Xocavənd rayonunun Muğanlı kəndində anadan olub. Hüseynov ən təcrübəli icra başçılarından hesab edilir. O, 1992-ci ildən bu vəzifədədir.

Картинки по запросу Xocavəndin icra başçısı Hüseynov Eyvaz

1957-ci ildə Göygöldə anadan olmuş Vilyam Hacıyev 2012-ci ildən İmişlinin icra başçısıdır.

Картинки по запросу Vilyam Hacıyev imişli

İsmayıllının icra başçısı isə yaşlılardan hesab edilir. 67 yaşlı Mirdaməd Sadıqov 2013-cü ilin fevralından doğulduğu rayona rəhbərlik edir.

34 yaşlı, 25 illik təcrübəsi olan rayon rəhbərlərimiz - İcra başçılarımız haralıdır?

Kəlbəcərin də icra başçısı kəlbəcərlidir. 57 yaşlı Aqil Məmmədov da 2013-cü ildən hazırki vəzifəsindədir.

34 yaşlı, 25 illik təcrübəsi olan rayon rəhbərlərimiz - İcra başçılarımız haralıdır?

Kürdəmirin icra başçısı isə yevlaxlıdır. 52 yaşlı Ceyhun Cəfərovun bu rayonda icra başçısı kimi təcrübəsi üç ildir.

Картинки по запросу Kürdəmirin icra başçısı Ceyhun Cəfərov

Qaxın icra başçısı Musa Şəkiliyevin 58 yaşı var. Əslən Qaxdan olan Şəkiliyev 2010-cu ildən icra başçısıdır.

34 yaşlı, 25 illik təcrübəsi olan rayon rəhbərlərimiz - İcra başçılarımız haralıdır?

Qazaxın icra başçısı Rəcəb Babaşov 2016-cı ildən bu vəzifədədir. Maraqlıdır ki, icra başçısı haqda heç bir mənbədə ətraflı məlumat verilmir.

Картинки по запросу

Qəbələnin icra başçısı Səbuhi Abdullayev gənc rayon rəhbərlərindəndir. 30 aprel 1972-ci ildə anadan olmuş Abdullayev 5 ildir bu vəzifədədir.

34 yaşlı, 25 illik təcrübəsi olan rayon rəhbərlərimiz - İcra başçılarımız haralıdır?

65 yaşlı Adil Məmmədov Oğuzun Xaçmaz kəndindəndir. 2011-ci ildən Qobustanın icra başçısıdır.

34 yaşlı, 25 illik təcrübəsi olan rayon rəhbərlərimiz - İcra başçılarımız haralıdır?

Yardımlının icra başçısı Ayaz Əsgərov isə 1964-cü ildə Tovuzda anadan olub. O, 11 aydır bu rayona rəhbərlik edir.

34 yaşlı, 25 illik təcrübəsi olan rayon rəhbərlərimiz - İcra başçılarımız haralıdır?

Qubanın icra başçısı Yaşar Məmmədov 1956-cı ildə Bakıda dünyaya gəlib. 2015-ci ilin yanvarından hazırki vəzifəsini icra edir.

34 yaşlı, 25 illik təcrübəsi olan rayon rəhbərlərimiz - İcra başçılarımız haralıdır?

Qubadlının icra başçısı Malik İsaqov 1953-cü ildə rayonun Çərəli kəndində dünyaya gəlib. İsaqov da təcrübəli icra başçılarından hesab edilir. O, bu vəzifədə 2001-ci ildən çalışır.

34 yaşlı, 25 illik təcrübəsi olan rayon rəhbərlərimiz - İcra başçılarımız haralıdır?

Əslən Qusarın Çətkün kəndindən olan Şair Alxasov 10 ildir-49 yaşından bu vəzifədə çalışır.

34 yaşlı, 25 illik təcrübəsi olan rayon rəhbərlərimiz - İcra başçılarımız haralıdır?

Laçının icra başçısı Aqil Nəzərlini də “gənclərdən” hesab etmək olar. 41 yaşlı Nəzərli 3 mart 2016-cı ildən Laçın rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

34 yaşlı, 25 illik təcrübəsi olan rayon rəhbərlərimiz - İcra başçılarımız haralıdır?

Lerikin icra başçısı Rövşən Bağırov 1966-cı ildə Bakıda anadan olub. Bağırov 41 yaşından-10 ildir Lerikə rəhbərlik edir.

Картинки по запросу Lerikin icra başçısı Rövşən Bağırov

Masallının icra başçısı, ixtisasca jurnalist olan Rafil Hüseynov 1953-cü ildə Bərdədə anadan olub. O, bu vəzifədə 2012-ci ildə Qəzənfər Ağayevi əvəzləyib.

34 yaşlı, 25 illik təcrübəsi olan rayon rəhbərlərimiz - İcra başçılarımız haralıdır?

Neftçalanın icra başçısı Vəliyev İsmayıl Məhərrəm oğlu 31 oktyabr 1959-cu ildə Gəncə şəhərində anadan olub. Vəliyev bu vəzifədə Taleh Qaraşovu 2011-ci ildə əvəzləyib.

34 yaşlı, 25 illik təcrübəsi olan rayon rəhbərlərimiz - İcra başçılarımız haralıdır?

Oğuz rayonuna rəhbərlik edən Eyvaz Qurbanovun 54 yaşı var. Qurbanov 2011-ci ilin aprelindən Oğuzun icra başçısıdır.

Картинки по запросу Oğuz rayonuna rəhbərlik edən Eyvaz Qurbano

2008-ci ildən Saatlıya icra başçısı təyin edilmiş Siraqəddin Cabbarov 1959-cu ildə İmişli rayonunda anadan olub.

34 yaşlı, 25 illik təcrübəsi olan rayon rəhbərlərimiz - İcra başçılarımız haralıdır?

Sabirabadın 64 yaşlı icra başçısı Nazim İsmayılov isə 2011-ci ildən bu postda çalışır. O, əslən Göyçay rayonunun Kürdşaban kəndindəndir.

34 yaşlı, 25 illik təcrübəsi olan rayon rəhbərlərimiz - İcra başçılarımız haralıdır?

2016-cı ildə Tahir Kərimovu əvəzləyən Sevindik Kərimov əslən Laçın rayonunun Güləbird kəndindəndir. Salyanın icra başçısının 54 yaşı var.

34 yaşlı, 25 illik təcrübəsi olan rayon rəhbərlərimiz - İcra başçılarımız haralıdır?

Samuxun icra başçısı Alı Qocayev 27 iyul 1947-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olub. 2012-ci ildə bu vəzifədə Vilyam Hacıyevi əvəzləyib.

Картинки по запросу Samuxun icra başçısı Alı Qocayev

Siyəzənin icra başçısı Asif Hüseynov 25 aprel 1981-ci ildə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olmuşdur. 36 yaşlı Hüseynov 34 yaşından-2015-ci ilin oktyabrından bu vəzifədədir. O, ölkənin ən gənc icra başçısı hesab edilir.

34 yaşlı, 25 illik təcrübəsi olan rayon rəhbərlərimiz - İcra başçılarımız haralıdır?

Şamaxıya rəhbərlik edən 56 yaşlı Ağayev Asif Əzizağa oğlu 1961-ci ildə Sabirabad rayonunun Ulacalı kəndində anadan olub. O, 2013-cü ildən bu postdadır.

34 yaşlı, 25 illik təcrübəsi olan rayon rəhbərlərimiz - İcra başçılarımız haralıdır?

Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun doğum tarixi barədə dəqiq məlumat əldə edə bilməsək də, 2014-cü ildən bu postda olduğu dəqiqdir.

Картинки по запросу Şəmkirin icra başçısı Alimpaşa Məmmədov

Bayram Əsəd oğlu Səfərov 1950-ci ildə Şuşada anadan olub. O, 2009-cu ildən Şuşanın icra başçısıdır.

34 yaşlı, 25 illik təcrübəsi olan rayon rəhbərlərimiz - İcra başçılarımız haralıdır?

Tərtərin icra başçısı Müstəqim Məmmədovu da nisbətən gənc icra başçılarından saymaq olar. 1969-cu ildə Yevlaxda anadan olmuş Məmmədov 2014-cü ildən bu rayonun rəhbəridir.

34 yaşlı, 25 illik təcrübəsi olan rayon rəhbərlərimiz - İcra başçılarımız haralıdır?

Tovuzun icra başçısı Tofiq Zeynalovun 73 yaşı var. O, 2007-ci ildən bu vəzifədədir.

34 yaşlı, 25 illik təcrübəsi olan rayon rəhbərlərimiz - İcra başçılarımız haralıdır?

Zəngilanın icra başçısı Ramiz Həsənov əslən Cəbrayıl rayonundandır. 2011-ci ildən bu vəzifədə çalışır.

34 yaşlı, 25 illik təcrübəsi olan rayon rəhbərlərimiz - İcra başçılarımız haralıdır?

Zərdabın icra başçısı Lütfəli Babayev 1959-cu ildə bu rayonun Qaravəlli kəndində doğulub. 10 ildir doğulduğu rayona rəhbərlik edir.

34 yaşlı, 25 illik təcrübəsi olan rayon rəhbərlərimiz - İcra başçılarımız haralıdır?