Rusiyanın Tver Vilayətinin Kimrı şəhərində azərbaycanlıların toyuna OMON basqını olub.
Lent.az xəbər verir ki, Rafiq Qurbanov və Elmira Xəlilovanın toyu başlar-başlamaz restorana maskalı OMON-çular daxil olub.
“Kimrı seqodnya” qəzetinin yazdığına görə, iki saat ərzində heç kimə yerindən tərpənməmək əmri verilib. Bundan sonra toyda iştirak edənlərin, eləcə də bəylə gəlinin sənədləri yoxlanılıb.
OMON-çular restoranı bir də 20.30-da tərk ediblər.
http://s018.radikal.ru/i524/1704/ba/00ec4be67ccd.jpg
http://s018.radikal.ru/i501/1704/42/c0fccb648fea.jpg
http://s41.radikal.ru/i091/1704/13/e19b57fe32c3.jpg
http://s019.radikal.ru/i619/1704/a1/dbffff76d24d.jpg