Gəncədə faciə: qatar 58 yaşlı kişinin üstündən keçdi

Gəncə şəhər sakini elektrovozun altında qalıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 1959-cu il təvəllüdlü Quliyev Şahin Mayıl oğlu ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Ş. Quliyev dəmir yolu xəttinin kənarında sol qolu kəsilmiş vəziyyətdə aşkarlanıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.