Amerikalı Ceremi Miks 2014-cü ildə “dünyanın ən yaraşıqlı məhbusu” olaraq tanınmışdı. Onu bu günlərdə London aeroportunda saxlayaraq, deportasiya ediblər. Bu barədə lenta.ru saytı xəbər verir. 32 yaşlı Miks 2016-cı ildə türmədən çıxandan sonra model olub.
Bu dəfə isə Britaniyanın paytaxtına çəkilişlər üçün gəlib. Onun meneceri Jim Cordon isə deyib ki, model olduqca qəmgin idi. Polis onu sərhəddə saxlayıb və Nyu-Yorka geri qaytarıb. Cereminin uçuş üçün bütün lazımi sənədləri olsa da, onun saxlanılma səbəbi bilinmir. Miks özü Nyu-Yorka geri qayıtsa da, onun arvadı və meneceri Londonda qalıb. Alınmayan çəkilişlər və ümumən Miksin gələcək planları ilə bağlı hər hansı məlumat verilmir. Miks 2014-cü ildə populyarlıq qazanıb. Onu qanunsuz silah daşımağa görə saxlayıblar və şəklini Kaliforniya polisinin facebook səhifəsində paylaşıblar. Sosial şəbəkə istifadəçiləri aktiv şəkildə bu fotonu yayıblar və onun populyarlıq qazanmasına nail olublar. Onu 27 ay müddətinə azadlıqdan məhrum etmişdilər.
Nəticə etibarilə gənc məhbus 2016-cı ilin yazında azadlığa buraxılıb və dərhal “White Cross Management” firması ilə müqavilə bağlayıb.
Musavat.com