2016-cı ildə Quam adalarında B-52 bombardmançısının qəzaya düşməsinə mühərrikə quşun düşməsi səbəb ola bilər.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Assoşeyted Press” agentliyi yayıb. Agentlik təyyarə qəzasının ikinci səbəbinin texniki çatışmazlıq ola biləcəyini açıqlayıb.
Araşdırmalar zamanı həmçinin pilotun səhvi ucbatından təyyarənin qəzaya düşməsi versiyası tam olaraq təkzib edilib.
Qeyd edək ki, B-52 bombardmançısı 2016-cı il 19 mayda qəzaya düşüb. Təyyarə qəza enişi edərkən onun əyləc paraşütü açılmayıb, nəticədə təyyarə uçuş zolağından çıxaraq yanıb. Qəza nəticəsində heç kim həlak olmayıb.
B-52 bombardmançısının qiyməti 112 milyon dollardır.