“Yeni Müsavat”la Yeni Amerika – “Yeni Müsavat” Media Qrupundan möhtəşəm layihə (FİLM)

 Amerika və Amerikada yaşayan azərbaycanlıların həyatı 25 dəqiqəlik sənədli filmdə

“Yeni Müsavat” bu ilin fevral ayında gerçəkləşdirdiyi və 10 gün davam edən Amerika səfərini filmə çevirib.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Sevinc Telmanqızının ABŞ-ın Nyu York şəhərindən başlanan, daha sonra isə Vaşinqton, Çikaqo və San Fransiskoya qədər davam səfəri zamanı hazırladığı video reportaj və video müsahibələrin toplusundan ibarət film bu gündən etibarən internetdə yayımlanmağa başlayıb. Filmin müəllifliyi Sevinc Telmanqızıdır, filmin montajı isə minval.az saytının redaktoru İlkin Zəfərliyə məxsusdur.

Filmdə jurnalistin 10 günlük səfərinin özəti, Amerikanın bir-birindən gözəl dörd şəhəri və orada yaşayan azərbaycanlıların müsahibələri, eləcə də həmin tarixlərdə Amerikanın müxtəlif şəhərlərində Xocalı faciəsinin ildönümü ilə bağlı həmyerlilərimizin keçirdiyi aksiyalar yer alıb. Amerika kimi böyük bir ölkəni, eləcə də orada bizi təmsil edən həmvətənlərimizi 25 dəqiqəlik sənədli filmə sığışdırmaq çətin olsa da, yaradıcı heyət bunun öhdəsindən gəlib. Amerika layihəsi yayımlandığı zaman onu diqqətlə izləyən oxuculara bu film qəzetin kiçik bir ərməğanıdır – indi siz bütün bu reportajları qısa özətli və bir filmin içində seyr etmə imkanı qazanırsız. Bir-birindən gözəl şəhərlər, maraqlı talelər, ilginc müsahiblər və… Amerika… Başqa sözə gərək varmı?

Oxuculara ancaq dəyərli dəqiqələrini filmə ayırıb, Amerikanın kiçik bir parçasını tamaşa etmək qalıb. Gözəl seyrlər.

Musavat.com

Загрузка...