ABŞ-ın 44-cü prezidenti Barak Obama vəzifəsini Donald Trampa ötürdükdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxaraq açıqlama verib.
Musavat.com-un məlumatına görə, Obama yeni vəzifəsinin gənc liderləri həvəsləndirmək və gücləndirmək olduğunu bəyan edib. 3 ay davam edən səssizliyindən sonra Çikaqo universitetində tələbələrin qarşısına çıxan Obama Tramp haqqında fikir söyləməyib.
Obama tələbələri sosial şəbəkədən istifadədə ehtiyyatlı olmağa çağırıb və qeyd edib ki, vətəndaşlar tələbəlik illərində onun etdiklərindən xəbərdar olsaydılar, o, heç vaxt prezident seçilməzdi.