Rusiya prezidenti Vladimir Putin Xəzər dənizinin Volqa ərazisindəki vəziyyətilə maraqlanandan sonra bildirib ki, ora balıq tutmağa getmək olar.
Virtualaz.org xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Rusiya Coğrafiya Cəmiyyəti Qəyyumlar Şurasının iclasında məruzəçilərdən biri Baykal və Volqadakı vəziyyətdən danışıb.
“Volqa deltası təmizdir?”, – deyə Putin maraqlanıb.
Müsbət cavab alan dövlət başçısı deyib: “Yəni balıq tutmağa Volqanın deltasına gedəcəyik”.