Müğənni İbrahim Erkalın vəziyyəti ağır olaraq qalır.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, huşunu itirmiş vəziyyətdə xəstəxanaya gətirilən və əməliyyat olunan müğənni artıq 9-cü gündür ki, komadadır.
Xəstəxanadan verilən açıqlamada bildirilir ki, İ.Erkalın beynindəki ödem çəkilməyib, ürəyi işləsə də, hələ ki, aparata qoşulu olaraq müalicəsi davam etdirilir.