Türkiyənin tanınmış aktrisası Pelin Sönməz Bakının qonağıdır.“Yanlış anlama” filminin çəkilişləri üçün ölkəmizə təşrif buyuran aktrisa musavat.com saytına açıqlamasında Bakı haqda təəssüratlarını bölüşüb:
“Bakı çox gözəl şəhərdir. Buraya heyran oldum. Öncə də Bakıya gəlməyə niyyət etmişdim, amma qismət olmamışdı. “Yanlış anlama” bir vəsilə oldu. Çox çalışdığım üçün çox gəzə bilmədim. Görmək istədiyim yerləri gedib gəzəcəyəm. Azərbaycanlılar çox istiqanlı və vətənpərvərdilər. Bizə qarşı çox mehriban davranırlar. Yeməklərinizi bəyəndim. Burada unutduğumuz qonşuluq, yardımsevərlik nüanslarını yenidən xatırladıq. Bizə göstərilən diqqətə görə təşəkkür edirəm”.
Qeyd edək ki, Pelin Sönməz Azərbaycan tamaşaçısına “Akasya durağı” serialından tanışdır.
http://s014.radikal.ru/i328/1704/ba/4853361b8cc7.jpg
http://s009.radikal.ru/i310/1704/95/dd6fb8de4f7b.jpg
http://s42.radikal.ru/i096/1704/ce/6a6b48021ae1.jpg
http://s019.radikal.ru/i604/1704/f8/b1c6c0a9be2c.jpg