Vera Brejneva Heydər Əliyev sarayını coşdurdu (VİDEO)

Rusiyanın məşhur müğənnisi Vera Brejneva Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib.

BAKU.WS xəbər verir ki, konsert Heydər Əliyev sarayında baş tutub. Müğənni ifa etdiyi mahnılarla sevənlərini coşdurub. Əsl şou nümayiş etdirən Brejneva Bakıda ilk solo konsertinin baş tutmasından məmnun olduğunu söyləyib. Konsert proqramı möhtəşəm rəqs və işıq effektləri ilə göz oxşayıb.

Qeyd edək ki, Vera Brejneva tez-tez çəkdirdiyi açıq-saçıq fotoları ilə gündəmə gəlir. O, bir müddət əvvəl tanınmış prodüsser Konstantina Meladze ilə ailə həyatı qurub.