Parisdə yeni terror- 1 polis həlak oldu (FOTOLAR, VİDEO)

Paris polisi insanları hadisə yerindən uzaqlaşdırır

Musavat.com lenta.ru-ya istinadən xəbər verir ki, hadisə Parisin mərkəzində, turistlərin ən çox axın etdiyi “Yelisey çölləri” rayonunda baş verib.

İnsident nəticəsində bir polis həlak olub.

Xəbərlərdə daha bir polisin yaralandığı deyilir.

Atəş açan şəxs yerindəcə öldürülüb.

Paris polisi insanları hadisə yerindən uzaqlaşdırır.

***

Son məlumata əsasən, 2 terrorçu “Kalaşnokov” avtomatı ilə polislərə yaxınlaşıb. Onlardan biri polislərə atəş açıb. Nəticədə iki polis həyatını itirib, bir polis isə yaralanıb. Atəş açan terrorçu hadisə yerində güllələnərək öldürülüb. Digər terrorçu isə qaça bilib.

Fransanın Daxili İşlər Nazirliyinin sözçüsü açıqlama verərək hadisənin terror aktı olduğunu bildirib. Nazirliyin sözçüsü terrorun nə səbəbdən törədildiyini demək üçün erkən olduğunu qeyd edib.

***

DİN sözçüsü mətbuata verdiyi açıqlamada bildirilb ki, ikinci polis əməkdaşı ağır yaralanıb, hazirda xəstəxanadadır. Onun vəziyyəti kritikdir.

Bu açıqlamadan da belə nəticəyə gəlmək olur ki, ölən polis sayı 1, yaralı polis sayı isə 2 nəfərdir.

***

Bildirilir ki, insanların terror baş verən əraziyə yaxınlaşmaması haqqında xəbərdarlıq edilib. Ətrafdakı metrostansiyalar bağlanıb.

Fransa prezidenti Fransua Olland nazirləri fövqaladə toplantıya çağırıb.

***

ABŞ prezidenti Donald Tramp silahlı hücumla bağlı Fransa xalqına başsağlığı verib.

Qeyd edək ki, 3 gün sonra Fransada prezident seçkiləri keçiriləcək. Terrorun seçkiyə 3 gün qalmış baş verməsi isə xüsusi diqqət çəkib.

Musavat.com

loading...