Ötən ay imzalanan əfv sərəncamı ilə azadlığa çıxan AXCP üzvü Elvin Abdullayev partiya sıralarından istefa verib. O, fəaliyyətini bundan sonra Müsavat Partiyasında davam etdirəcəyini bəyan edib.

Bu barədə sabiq siyasi məhbus öz facebook profilində xəbər verib. Statusu təqdim edirik:

İSTEFA BƏYANATI

Bu gündən üzvü olduğum Azərbaycan Xalq Cəbhəsi Partiyasından istefa verdiyimi bəyan edirəm. Bundan sonrakı siyasi fəaliyyətimi Müsavat Partiyası sıralarında davam etdirmək istəyirəm. Bu fikirə gəlməyimə bir çox səbəb var.

1. Partiyada fərqli fikir səsləndirənlərə qarşı partiya rəhbərliyinin göstərişi ilə amansız hücumlar edilir. Hərdən bu hücumlar təhqir səviyyəsinədə olur. Hətta adama xain, satqın deməkdən belə çəkinmirlər.

2. Partiya arxada “dindarlardan istifadə etməliyik” xəttini tutaraq İranmeyillilərlə birlik təşkil edir. Bu siyasətə qarşı gəlib fikir bildirdikdə isə
adamı xain, agent və satqın elan edirlər.

3.Mənim bunlara qarşı olmağımın əsas səbəbləri isə həbsxanada, 6 saylı cəzaçəkmə müəssisəsinin karantinində 11 gün birlikdə olduğum İranmeyillilərin liderlərindən biri Abgül Süleymanovun şəxsən mənə “Azərbaycan tağut dövlətidir”,”sizin ideologiyanız olan Müsavatçılıq ideologiyasında haram olan Qərb demokratiyası və haram olan Türkçülük var” deməsidir.14 saylı Cəza Çəkmə Müəssisəsindədə eyni hallarla rastlaşdım.Əksəriyyəti Xamneyinin,Hizbullahın,Hacı Abgülün,Hacı Talehin tərəfdarı olan bu adamlar hətta Azərbaycan Bayrağını söyməkdən,ona tağut bayrağı deməkdən və “onun yerinə qara bayraq olacaq” deməkdən belə çəkinmirdilər.Mənim bu mövzuda onlarla bir çox mübahisələrim oldu.

Bunları nəzərə alaraq qərara aldım ki mən bu düşüncəni daşıyan insanlarla və onlara açıq dəstək verən insanlarla bir sırada ola bimərəm”.

Musavat.com

loading...