Ebru Gündeş azərbaycanlı milyarder üçün üsyan etdi (VİDEO)

Məşhur türkiyəli müğənni Ebru Gündeş Halil Sezai ilə birlikdə “İsyan” mahnısını ifa edib.

BAKU.WS xəbər verir ki, konsertin qonaqları Ebru Gündeşin bu mahnını ABŞ-da həbsxana həyatı yaşayan həyat yoldaşı Rza Zərrab üçün ifa etdiyi qənaətinə gəliblər. Videonu izləyən hə kəs onun mahnını yanğı ilə ifa etdiyini bildiriblər. Fanatları Ebru Gündeşin bu mahnı ilə Rıza Zərraba ismarış göndərdiyini və onun həbsinə üsyan etdiyini söyləyib.

Qeyd edək ki, Rza Zərrabın iş ortağı Babək Zəncani İranda həbs olunub və ona edam cəzası kəsilib. Hazırda R.Zərrab bank sənədlərini saxtalaşdırmaqda və çirkli pul yumaqda suçlanır və bu ittihamlara görə ona 75 il həbs cəzası düşür. Məlumat üçün bildirək ki, Rza Zərrab əslən cənubi azərbaycanlıdır.