Загрузка...

“Fi”serialında yataq səhnələri ilə gündəmə gələn aktyor Mehmet Günsür “Habertürk” qəzetinə müsahibə verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktyor şəxsi və iş həyatından danışıb.

İtaliyalı rejissor Katerina Mongio ilə evlənən və 3 uşaq atası olan Mehmet “Fi” serialından da danışıb. O, serialın onu cəlb etdiyini bildirib:

“Fi” Türkiyədə yenilik oldu. İstər heyət baxımından, rəqəmsal olması və 60 dəqiqə yayımlanması məni cəzb etdi. “Fi”in əvvəlcə film bazarında yeni bir qapı açmasını istəyirik. Çünki bu işin, etdiyimiz hər şeyin xaricində, əslində bir də vəzifəsi var. Vəzifə isə ondan ibarətdir ki, 60 dəqiqə davam edən ekran işində istər ssenarist, istər rejissor, istərsə də aktyorlar tamaşaçını daha ağıllı olmağa məcbur etsinlər”.

Qeyd edək ki, M.Günsürün həmkarı Serenay Sarıkaya ilə “Fi” serialındakı yataq səhnəsi sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.