Mahsun Kırmızıgül Mənsinovun qızının toyunda - 10 il sonra ilk dəfə (VİDEO)

Türkiyənin məşhur müğənnisi Mahsun Kırmızıgül azərbaycanlı iş adamı Mübariz Mənsinovun qardaşı Mais Mənsimovun qızının toyunda oxuyub.

Toy Türkiyədə Çırağan Sarayında baş tutub.

Sonuncu filmi uğursuz alınan Mahsun Kırmızıgül 10 ildən sonra yenidən səhnəyə qayıdıb. 10 il bundan əvvəl səhnəni tərk edərək fəaliyyətini kino sektorunda davam etdirən Mahsun Kırmızıgül sonuncu filmindən təqribən 10 milyon lirə ziyana düşüb.

Qeyd edək ki, Mais Mənsimovun qızı Zümrüd Azərbaycanın tanınmış iş adamlarından olan, Zülfüqarlı qardaşlarından biri, “Sönmezler Metal” şirkətinin rəhbəri Loğman Zülfüqarlının oğlu Şahinlə ailə həyatı qurub. Toya dəvət olunanların arasında Azərbaycandan və Türkiyədən məşhurlar olub.

Mərasimdə Murad Boz, Hadisə və bir sıra məşhur ulduzlar çıxış edib.

Missiya.az

loading...