Aktyor Bred Pit Los-Ancelesdə paparazzilərə tuş gəlib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, sürətli arıqlaması ilə gündəmdə olan aktyor bu dəfə də kameralardan yan keçməyib.
Bəzi mənbələr 53 yaşlı aktyorun arıqlamağını yeni çəkiləcəyi “Ad Astra” filmi ilə bağlı olduğunu yazır. Bred adıçəkilən ekran işində səyahətçi obrazını canlandıracaq.
Bəzi mənbələr isə aktyorun sağlam qidalandığı üçün xeyli kilo verdiyini qeyd edir.
Xatırladaq ki, B.Pit ötən aktrisa Ancelina Colidən ayrıldıqdan sonra görünüşü ilə gündəmə gəlib.