Müğənni Alişan radio proqramlardan birinin qonağı olub.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ifaçı bu yaxınlarda model çağla Şikellə yenidən ekranlara qayıdacağını bildirib.
Onun sözlərinə əsasən, ikili yeni bir komediya serialına çəkilir:
“Tamaşaçı artıq məişət problemli seriallardan bezib. Onların fikrini yayındırmaq lazımdır”.
Qeyd edək ki, bu cütlüyün birlikdə ilk serial işi olmayacaq. Bundan əvvəl Çağla və Alişan “Cennet Mahallesi” serialında baş rolda oynayıblar.