“Victoria Secret”in mələklərindən olan 35 yaşlı Adriana Lima “Love” jurnalının “Pasxa” bayramı üçün hazırladığı reklam çarxına çəkilib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, model duş qəbul etdiyi yerdə şokalad yeyir, müxtəlif alt paltarlarını nümayiş etdirir və soyunur.

Braziliyalı modelin hamamda çılpaq halda çəkilən videosu sosial şəbəkələrdə yayıldıqdan sonra müzakirələrə səbəb olub.

Qeyd edək ki, Lima basketbolçu Mark Yariçlə ailəli olub və ondan iki qızı var. Cütlük ötən il ayrılıb.