Dünyanın ən məşhur türk modeli:

Dünyanın ən məşhur türk modeli olan 27 yaşlı Ceyda Sezer (Jada Sezer) “Skype” vasitəsi ilə “Hürriyet”ə müsahibə verib.

Axşam.az-ın məlumatına görə, türk atanın, ispan ananın övladı olan Ceyda ingilis “L’Oréa”dan tutmuş “Vogue”yə kimi bir çox dərgi və marka üçün fotosessiya etdirib.

Köklüyü ilə diqqət çəkən model bu haqda fikirlərini bildirib:

“Hər qadının fərqli bədən tipi var. Niyə ancaq bir bədən tipi gözəl sayılır? Mənim kimi kök qadınlar sayəsində bu streotip qırılır. Kim deyir ki, arıqlar gözəldir? Əvvəllər də kilolu qadınlar vardı. Amma heç modellik etmirdilər. Çünki utanırdılar. Bir qadını çəkisinə görə alçaltmaq axmaq bir şeydir”.

loading...