Aktyor Çaninq Tatumun həyat yoldaşı, aktrisa Jenna Deuan Tatum “Redbook” jurnalının üz qabığına çəkilib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, jurnala müsahibə də verən aktrisa ailə həyatından danışıb:
“Çaninqlə 10 ilə yaxındır ki, birlikdəyik. Əlbəttə, bu illər ərzində çox şey dəyişib. O zaman 21 yaşım var idisə, indi 35. Yenicə ailə quranda mübahisə etməyə üstünlük vermirdimsə, indi əksinə”.
Jenna ilk dəfə əri ilə arasında olan cinsi əlaqə haqda bunları deyib:
“Bizim intim münasibətlərimiz normaldır. Baxmayaraq ki, hər ikimiz də işə görə tez-tez görüşə bilmirik. Amma ikinci uşaqdan sonra nə olacaq, onu bilmirəm”.
Qeyd edək ki, 2009-cu ildə ailə quran cütlüyün bir qız övladı var.