Məşhur teleaparıcı fahişəlik etdiyi üçün İŞDƏN QOVULDU

Bosniya Herseqovinada tanınmış teleaparıcı fahişəlik etdiyi üçün işdən azad edilib.

Lent.az-ın “The Sun” qəzetinə istinadən məlumatına görə, ölkənin “Pink” televiziyasının məşhur proqramı olan “The Mighty”ə aparıcılıq edən 26 yaşlı Senada Nurkiçin işdən azad olunmasının əsl səbəbini açıqlayıb:

“Televiziya rəhbəri mənim aparıcılıq etdiyim verilişin bağlanması ilə bağlı anons edib. Və əsl səbəbi gizlədi. O, mənim davranışlarım ilə bağlı guya tamaşaçı şikayətlərinin olduğunu deyib və işdən çıxarılma səbəbini belə izah edib. Amma əsas səbəb fahişəlikdir”.

Özünü müdafiə edən və həyat tərzində, davranışlarında yanlış nəsə görməyən Senada deyib ki, yaşamaq üçün bunu etməli idi: “Fahişəlik digər fəaliyyət növlərindən fərqlənmir. Yaşamaq və borclarımı ödəmək üçün bədənimi satmalı idim Həbs olunmaqdan da qorxmuram. Məni həbs etdirmək istəyənlər də bəndənizə pul verən və yaşamağıma kömək edənlərdir. Siyasətçi sevgilim var və o həbsimə icazə verməz. Daha çox biznesmenlərlə əlaqəm olub”.

Senada qiymətini də açıqlayıb: “ 400 dollar tək nəfərlik seks, 600 dollar isə qrup seks üçün”.

Onu da qeyd edək ki, sözügedən ölkədə fahişəlik rəsmən qadağandır.

loading...