Göyçayda çörəyin qiyməti düşüb. Əvvəllər 30-40 qəpiyə olan çörək indi 25 qəpiyə satılır.

Xəzər TV məlumat verir ki, yerli sahibkarlar çörəyin ucuzlaşmasını əsasən unun qiymətinin düşməsi ilə əlaqələndirirlər. Əvvəllər 26 manata satılan bir kisə un indi 24 manata təklif edilir. Qiymətin düşməsi sakinlərin urəyincə olub. Unun qiymətində ucuzlaşma olsa da, çörəyin çəkisi də qismən azaldılıb ki, bu da qiymətə təsir edib.

loading...