Загрузка...

Uçqun zamanı xəsarət alaraq xəstəxanalara yerləşdirilən şəxslərin adları açıqlanıb.

“Report”un xəbərinə görə, 1981-ci il təvəllüdlü Tofiq Hüseynov sol bud sümüyünün yuxarı hissəsinin qəlpəli sınığı ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.

1983-cü il təvəllüdlü Ayaz Orucov sağ baldırın sınığı ilə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib. O, artıq ambulator müalicə üçün evə buraxılıb. 1962-ci il təvəllüdlü Əmir Mehdiyev sol bud sümüyünün sınığı ilə KTM-in reanimasiya şöbəsinə yerləşdirilib.

Nazirlikdən o da qeyd olunub ki, hadisə yerində 6 nəfər olub: “Onlardan 1 nəfərə yerində yardım göstərilib, 2 nəfər isə hadisə yerində dünyasını dəyişib”.

APA-nın əldə etdiyi məlumata görə, hadisə nəticəsində ölənlər 1983-cü Yolçuyev Ramal Layiq oğlu və 1973-cü il təvəllüdlü İbrahimov Rövşən İsmayıl oğludur.