15 iyul gecəsi Mərmərədə qaldığım otelin sahibi olan dostum məni adalardan birinə aparmağı təklif etdi.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “A-Haber”ə müsahibəsində deyib.
“Həmin gecə otel sahibi olan dostumuz mənə: “Sürətli katerim var. Buradan sizi yaxın adalara apara bilərəm” dedi. Mən də: “Sərxan, bax, Vətən torpağında ölməyim var ikən, gavur (kafir) torpaqlarında girov həyatı yaşaya bilmərəm” dedim”, – Ərdoğan qeyd edib.