Azərbaycanın xalq artisti oğurluqda ittiham olunur - VİDEO

Bakı sakini Südabə Zalova şadlıq evinə toya gedərkən foyedə üst geyimini çıxardan zaman sırğasını itirib. Daha sonra onu tapmaq üçün restoran rəhbərliyinə müraciət edib və müşahidə kameralarının görüntülərinə baxıb. Aydın olub ki, bir nəfər sırğanı tapıb. Südabə Zalova həmin şəxsin xalq artısti Ramiz Məmmədov olduğunu iddia edir.

Südabə Zalovanın sözlərinə görə, bununla əlaqədar xalq artisti ilə nə qədər danışmaq istəsə də, bu cəhdləri nəticə verməyib.
Məsələ ilə bağlı xalq artisti ilə telefon əlaqəsi saxladıq. Ramiz Məmmədov deyir ki, onun tapdığı başqa bir əşya olub və onu da toy sahibinə təhvil verib. Qadının sırğasından isə xəbəri yoxdur.

Tapılan əşyanın doğrudan da itən sırğa olub-olmadığını ayırd etmək çətindir. Amma bildiyimiz bir şey var ki, qadının 6 qramlıq qızılı ortalıqda yoxdur. Kamera görüntülərində isə sadəcə görünən Ramiz Məmmədovun yerə əyilərək nəsə götürməsidir.

loading...