Evlilik proqramına qatılan Naz:

“Evlilik verilişlərini hamı kimi məndə izləyirdim. Sonra qərar verdim ki, məndə iştirak etməliyəm”.

Bunu BAKU.WS-ə eksklüziv müsahibəsində Türkiyənin Star televiziyasında yayımlanan “Zühal Topalla izdivaç” verilişində məşhurlaşan Naz Mila deyib.

– Naz necə oldu ki, evlilik proqramına qatılmağa qərar verdiniz? Ailəniz buna narazılıq etmədi?

– Mən İstanbula köçmüşdüm orada yaşayırdım. Hər kəs kimi evlilik verilişlərini izləyirdim. Öz-özümə dedim ki, hər kəs çıxır mən niyə çıxmayım. Orada bir oğlan var idi. Mən onu çox bəyənirdim. Ona namizəd oldum. Onunla alınmadı. Mən həqiqətən ərə getmək niyyəti ilə verilişə qatılmışam.

– Ailənizlə hazırda münasibətiniz necədir?

– Ailəmlə münasibətim çox yaxşıdır. Sadə ailəm var. Hər kəs öz həyatını yaşayır. Özümdən böyük iki qardaşım və bir bacım var. Mən həmişə riskə getməyi sevmişəm. Onların hamısının ailəsi var. 26 yaşım var heç kim mənə qarışmır. Mən Türkiyəni çox bəyənirəm. Tez-tez gəzməyə gedirdim Türkiyəyə. Bir gün beynimə düşdü ki, mən orda qalmalıyam. Atam bacardığı qədər mənə kömək edir. Onlar çox da imkanlı deyillər. Verilişə qatılmağıma əvvəl etiraz etsələr də sonradan razılaşdılar. Mən verilişə çıxandan sonra artıq iş-işdən keçmişdi.

Evlilik proqramına qatılan Naz:

– Naz deyirlər ki, qızınızı sizə göstərmirlər. Atası qızınızı görməyə icazə vermir. Bu barədə nə deyə bilərsiniz?

– Türkiyədə belə bir deyim var “Ağzı olan danışır”. Hər bura gələndə qızımı gətirirəm yanımda qalır. Qızım Bakıda yaşayır. Naxçıvanda olsa belə gedirəm qızımı görməyə.

– Boşanma səbəbi barədə nə deyə bilərsniz?

– Biz həyat yoldaşımla 4 il birlikdə olduq. Bir müddət sonra yola gedə bilmədik və boşanmağa qərar verdik.

– Türkiyəyə yaşamaq yoxsa bizneslə əlaqədar getmişdiniz?

– Mən Türkiyəyə modellik işi ilə əlaqədar getmişdim. Bir firma məni sima olaraq dəvət etmişdi. Sonra bu proqrama qatıldım. Burada məşhurlaşdım. Bir müddət sonra isə özümə butik açmaq qərarına gəldim. Qadın geyimləri satılan mağazam var. Hazırda bir butik sahibiyəm. Filmlərdə və kliplərdə rola almışam. Baş rola çəkilmək istəyirəm. İnşallah o da olacaq.

Evlilik proqramına qatılan Naz:

– Hər hansı bir estetik əməliyyat etdirmisiz?

– Hələ ki, buna ehtiyacım yoxdu. Təbiidir hər yerim.

– Evlilik proqramları ilə bağlı belə məlumatlar yayılıb ki, verilişə qatılanlar modellərdir xüsusi agentliklər həmin verilişə gəlin və bəy namizədləri təqdim edirlər. Yəni burada baş verənlərin səhnələşdirilmiş şou olduğu deyilir. Bu barədə nə deyə bilərsiniz?

– Əlbəttə ki, belə bir şey yoxdur. Ora bir evlilik proqramıdır. Aktyorluq etmək üçün başqa sahələr var. Ora başqa niyyətlə gələnləri verilişə buraxmırlar.

– Bəs Əli ilə münasibətləriniz nə yerdədir?

-Əli ilə əvvəl münasibətlərimiz çox yaxşı idi. Bir müddət sonra münasibətlərimiz pozuldu. Mən çox duyğusal insanam. O da gələn qızların heç birini bəyənmir. Mən Əlini sevirəm. Amma “ayılıb bayılmıram” ondan ötrü. Ona bir qız namizəd gəlmişdi. Gözəl qız idi. Mənim adımı çəkən kimi Əli tərləyir. Hər kəs fikirləşir ki, Əlinin ağlında Naz var. Əli ilə bir birimizə hislərimiz var.

– Verilişdən kənarda Əli ilə münasibətləriniz necədir?

– Dost kimi danışırıq. Aramızda dostluq münasibətləri var. Onu sevirəm bu mənim qəlbimdə olan bir hissdir. Amma verilişdən kənarda sevgili olaraq görüşmürük. İçimdə Əliyə qarşı olan hisləri bitirib öldürməyə çalışıram. Əli mənim hərəkətlərimə görə inad edir.

Evlilik proqramına qatılan Naz:

– Deyirlər ki, verilişə qatılan qızların əksəriyyəti eskortlardır. Onların biabırçı fotoları da yayılmışdı. Buna münasibətiniz necədir?

– Hamı kluba gedir. Burada pis heç nə yoxdur. Bizim qızlardan biri klubda rəqqasə işləyir. Hər kəsin öz həyatı var.

– Verilişdəki gəlin və bəy namizədlərin qonorar aldıqları deyilir. Hətta məbləğləri belə türk mətbautında yayılmışdı. Bu doğrudur?

– Bizi ora evləndirmək üçün çıxarırlar. Bizə niyə pul versinlər ki, borcları var bizə? Orada heç kimi saxlamırlar. Getmək istəyən gedir. Mən də tez-tez gedirəm yenidən gəlirəm.

– Bir dəfə başqa bir evlilik proqramına çıxıb yenidən geri qayıtdınız. Bu nə ilə bağlı idi?

– Mən Bahanın acığına getmişdim o verilişə. Sonra fikrimdən daşındım və geri qayıtdım.

– Bahanın yəni keçmiş nişanlınızın sizi döyməsi ilə bağlı hər iki ölkə mətbuatında video görüntülər yayıldı . Bu barədə nə deyə bilərsiz?

– Biz Baha ilə evlilik yolunda ciddi qərar almışdıq. Bizdə alınmadı. O, münasibətləri verilişdən kənarda davam etdirmək istədi. Mən razı olmadım.Həm də onun verilişlə problemləri yarandı. Bahanın bir qədər sinirləri pozulmuşdu. Bu hər insanının başına gəlir. Görüntülər orada göründüyünüz kimi deyil. Bir qədər şişirdilib hər şey. Kim-kimi vura bilər ki? Odur ki, hər şeyə inanamaq olmaz.

– Naz, bahalı avtomobillərinizi tez-tez nümayiş etdirirsiz. Onlar hədiyyədir yoxsa almısınız?

– Mən avtomobillərimi özüm almışam. Maşın almaq indi problem deyil. Kreditlə istənilən avomobili almaq mümkündür. Bir avtomobili satıb başqasını alıram. İstanbulda kirayədə yaşayıram. Mənim avtomobillərim, villam yoxdur.

Evlilik proqramına qatılan Naz:

– Verilişə qatılan digər azərbaycanlılarla münasibətləriniz necədir?

– Bir azərilərlə veriliş zamanı mübahislərimiz olsa da kənarda bir-birimizin tərəfini saxlayırıq.

– Sizə namizəd gələn həmyerlimiz Elmirlə münasibətləriniz necədir?

– Həyatıma davam etmək istəyirəm. Bəlkə nəsə oldu. Ona bir şans vermək istədim. Tam olaraq nə olacağını açıqlamaq istəmirəm ki, sürpriz olsun.

– Bir vaxtlar verilişdə iştirak edən digər azərbaycanlı gəlin namizəd Esmira haqqında müəyyən xəbərlər yayıldı. Onun bir vaxtlar cinsiyyətini dəyişdiyi və elə bu səbəbdən də verilişdən qovulduğu deyildi. Bu barədə nə deyə bilərsiniz?

Bütün bu xəbərlər yalandır. İnanmayın bu cür məlumatlara.