ABŞ-ın Şayrat aviabazasına atdığı raketdən yalnız 23-ü hədəfinə çata bilib.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov söyləyib.
“Aviabazaya 59 raket atılıb. Onlardan 23-ü aviabaza ərazisinə düşüb. 36 raketin haraya uçduğu bilinmir. Biz Suriyanın hava hücumundan müdafiə sistemini gücləndirməyə yardım edəcəyik”, – deyə o bildirib.
Qeyd edək ki, ABŞ bu gün Suriyanın Şayrat bazasını raket zərbələrinə məruz qoyub. Nəticədə baza darmadağın olub. Rusiya mətbuatı bazadakı bütün təyyarələrin, yanacaq çənlərinin raket zərbələri nəticəsində yox olduğunu bildirib.