Загрузка...

Afaq Aslan Türkiyəyə gedib Ərdoğana dəstək oldu (FOTO)

 

Azərbaycanlı müğənni Afaq Aslan Türkiyəyə yollanıb. Türkiyənin bir çox ciddi mətbuat orqanı onun prezident Rəcəb Tayyib Ərdoğana dəstəyindən yazıb.

BAKU.WS xəbər verir ki, İfaçı açıqlamasında bildirib ki, aprelin 16-da keçiriləcək referendumdakı dəyişikliklərin lehinə cavab alınmasını istəyir. Onun bu fikirlərini “Milliyet.com.tr” , “Haberler.com” , “Yenisafak.com”, “İhlas xəbər agentliyi”, “Sondakika.com”, “yurthaber.mynet.com” kimi saytlar yayımlayıb.

Müğənni bu barədə şəxsi instagram səhifəsində yazıb. O, sözügedən saytlara öz minnətdarlığını bildirib.

Qeyd edək ki, Afaq Aslan cəsur fotosesiyaları ilə tanınır. Bir müddət əvvəl müğənni tamamilə çılpaq fotosesiya etdirib. Bu fotolar ölkədə səs-küyə səbəb olub.

Afaq Aslan Türkiyəyə gedib Ərdoğana dəstək oldu (FOTO)

Afaq Aslan Türkiyəyə gedib Ərdoğana dəstək oldu (FOTO)

Afaq Aslan Türkiyəyə gedib Ərdoğana dəstək oldu (FOTO)