Bu gün Azərbaycanda köklü sahibkarlıq var və bu sahibkarlığın inkişafına dəstək vermək üçün dövlət tərəfindən müvafiq qanuni baza yaradılıb və bu məsələ daim dövlət başçısının diqqət mərkəzindədir. Lakin bütün bu proseslərdə çatışmayan məqamlar var. Burada daha çox əhalinin az məlumatlı olmasını qeyd etmək olar.
Yəni, həm sahibkarlar, həm dövlət öz işini görür, amma əhali bəzən ya tam xəbərsiz, ya natamam məlumatlı, ya da neqativ məlumatlı olur. Bu da öz növbəsində sahibkarlara qarşı fərqli düşüncənin formalaşmasına səbəb olur.
Oxu.az məlumat verir ki, hər bir neqativ məlumat dövlətin nəzarət strukturlarının reaksiyasına səbəb olur və müvafiq olaraq əlavə gərginlik yaradır. Azərbaycan hökuməti planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidi seçib və bu növ iqtisadi münasibət qiymətlərin və keyfiyyətin bazar tərəfindən tənzimlənməsi deməkdir.
Son zamanlar əhalini narahat edən ən vacib məsələlərdən biri istehlak mallarının qiymət artımı tendensiyasıdır. Əslində bu tendensiyanın iqtisadi əsaslandırması var, belə ki, bunun əsas səbəbi milli valyutanın iki dəfə devalvasiyaya uğramasıdır.
2015-ci ildə tətbiq edilmiş iki devalvasiya prosesi və daha sonra üzən məzənnəyə keçid istehlak mallarının böyük qisminin idxal olunması fonunda, qiymətlərə də təsirsiz qala bilməzdi.
Reallıq
Hazırda 1 dolların qiyməti 1,72 manat təşkil edir, lakin devalvasiyadan öncə – 2014 ildə bu rəqəm cəmi 0,78 manat, 2015-ci ildə 1,05 manat, 2016 ildə 1,55 manat və hazırda 1,75 manat təşkil edir, yəni dolların məzənnəsi Azərbaycan manatına qarşı 124% artıb.
Bu artım qarşısında istehlak mallarının qiymətinin artması da normaldır və real iqtisadi əsaslandırması var. Təbii ki, devalvasiya sahibkarlardan yeni şəraitə uyğunlaşmağı da tələb edir.
Bütün bunlara baxmayaraq, əhali arasında sahibkarlara, əsasən də istehlak mallarını əhaliyə çatdıranlara qarşı neqativ fikir formalaşıb. Burada əhalinin ən çox verdiyi sual isə belədir: “Niyə xarici valyutanın məzənnəsi dəyişir, amma istehlak mallarının qiyməti ancaq artır?!”…
Azad bazar iqtisadiyyatında, qiymət artımı həm də bazarda sağlam münasibətlərin və rəqabətin formalaşmasının sübutudur. Bazara təqdim olunan istehlak mallarının böyük hissəsi idxal olunur və qiymət tərkibinin 75% malın maya dəyərini təşkil edir.
Bütün bunlara baxmayaraq, bazarda deyildiyi kimi şişirdilmış və süni qiymət artımı yoxdur. Buna sübut kimi isə istehlak səbətinə daxil olan əsas malların qiymətini nəzərdən keçirmək olar:
İdxal olunan məhsulun adı | 2014-cü ildə ortalama rəf qiymətləri | 2015-ci ildə ortalama rəf qiymətləri | 2016-cı ildə ortalama rəf qiymətləri | 2017-ci ildə ortalama rəf qiymətləri |
Yumurta | 0.08 | 0.11 | 0.12 | 0.08 |
Toyuq | 2.20 | 2.50 | 3.50 | 3.80 |
Şəkər tozu | 0.78 | 0.80 | 1.10 | 1.25 |
Un | 0.90 | 1.00 | 1.30 | 1.40 |
Kərə yağı | 6.00 | 7.00 | 10.90 | 12.80 |
Çay | 1.70 | 1.70 | 1.90 | 2.00 |
Qarabaşaq | 1.25 | 1.40 | 2.00 | 1.70 |
Mayonez | 2.97 | 2.97 | 3.40 | 3.40 |
Makaron | 0.78 | 0.92 | 1.02 | 1.08 |