Mütəxəssislər bu il təqdim olunacaq yeni “Əpl” (Apple) smartfonunun təxmini qiymətini hesablayıblar.
Lent.az-ın verdiyi məlumata görə, ekspertlərin fikrincə, Ayfon-8 modeli 900 dollardan baha olmayacaq.
Analitiklər tərtibatçılardan əldə etdikləri bütün məlumatları nəzərdən keçiriblər. Hazırda məlum olan budur ki, ABŞ korporasiyası “Samsunq” şirkətindən 70 milyon ədəd OLED-displey sifariş edib. Eləcə də Ayfon-8-də “Touç ID” sensorunun tətbiq olunacağı bəllidir.
Hesablama zamanı smartfonun 7-ci versiyasına olunan əlavələr də nəzərə alınıb. Bütün təhlillərdən sonra mütəxəssislər yeni smartfonun qiymətini orta hesabla 900 dollar həcmində qiymətləndiriblər. Onlar hesab edir ki, qiymət 1000 dollardan yuxarı olmamalıdır.