Dünyanın ən kök manekeni olan Tess Hollidey alt paltrında çəkdirdiyi selfilərini yayıb.
Qadının fotolarını 1.3 milyon insan izləyir. “Siz hesab edirsiz ki, mənim işim bitib və siz istədiyiniz zaman sözlərinizlə mənə hücum edə bilərsiz?” 31 yaşlı amerikan qadın şəklinin altına bu sözləri yazıb. “Daily Mail”in xəbərinə görə, bununla da o, ona ağır çəkisinə rəğmən manekenlik etdiyi üçün onu tənqid edənlərə cavab erib. Qadın hazırda 155 kilo ağırlığındadır. Manekenin selfisi 48.5 min bəyənmə(layk) toplayıb. Facebook daha öncə ona öz yarıçılpaq şəkillərini yayımlamağı qadağan etmişdi. Bu, sosial şəbəkənin estetik kriteriyalarının pozulmasına görə atılmış addım idi. Amma buna qarşı ciddi etirazlar başladı.
Hətta feministlər hərəkatı da bununla bağlı müvafiq aksiya başlamışdı.
Musavat.com