Məşhur türkiyəli aktyor Xalid Ağçatəpənin ölüm səbəbi açıqlanıb.
Axar.az xəbər verir ki, bununla bağlı mətbuata danışan həkim Osman Akıran aktyorun ürək fəaliyyətsizliyindən və tənəffüs çatışmazlığından dünyasını dəyişdiyini bildirib.
“Bir həftədir ki, fizioteropiya alırdı. Müalicəyə gedərkən evdə narahatlıq keçirdi. Müdaxiləmizə baxmayaraq, təəssüf ki, dünyasını dəyişdi”, – həkim bildirib.
Qeyd edək ki, Azərbaycan tamaşaçısının “Hababam sinfi”ndən tanıdığı Xalid Ağçatəpə bu gün günorta saatlarında dünyasını dəyişib.