Türkiyənin Baş Qərargah rəisi, general Hulusi Akarın indiyə qədər yayınlanmayan fotoları üzə çıxıb.
Musavat.com-un məlumatına görə, fotolardan görünür ki, Hulusi Akar Tunceli dağlarında əsgərlərlə birgə əməliyyatda iştirak edir. Sosial şəbəkədə yayılan fotoların 1998-2000-ci illərdə çəkildiyi ehtimal edilir.
Qeyd edək ki, həmin illərdə Hulusi Akar Tuncelidə daxili təhlükəsizlik batalyonunun komandiri olub.