Türkiyənin İnkişaf naziri Lütfi Elvan vətəndaşın ayaqqabısını boyayıb.
Musavat.com-un məlumatına görə, partiya yoldaşları ilə Mersin rayonunda kiçik sahibkarların mağazalarına gedən nazir ayaqqabı boyası qutusunun arxasına keçərək, uzun illərdir burada ayaqqabı fırçalayan Selim Tokatın ayaqqabısını boyayıb.
13 ildir ayaqqabı fırçaladığını bildirən Selim Tokat deyib: “Nazir yerli olduğumuzu dedi və ayaqqabımı boyadı. Çox xoşuma gəldi”. Daha sonra inkişaf naziri Lütfi Elvan sahibkarlarla söhbət edib, Onlara işlərində uğurlar arzulayıb.