İngiltərə dünyanın ən etibarlı dəmir pulunu dövriyyəyə buraxıb.
Axar.az xəbər verir ki, tədavülə buraxılan yeni 12 kənarlı 1 funt-sterlinqin sürətinin çıxarılmasının mümkünsüz olduğu deyilir. Sözügedən dəmir pulda holoqramın olması da onu əvvəlkilərindən fərqləndirir.
Qalınlığı 2,8 millimetr, ağırlığı 8,75 qram olan pula fərqli rakurslardan baxanda funt simvolu (₤) ilə 1 rəqəmi yerini dəyişir.