Beren Saat və İlker Kalelinin gizli görüşünün səbəbi məlum olub.
Axşam.az Türkiyə mətbuatına istinadən məlumatına görə, onlar Sebahattin Alinin “Kürk mantolu Madonna” kitabı əsasında çəkiləcək filmdə rol alacaqlar. Əvvəl bu layihənin serial olduğu deyilsə də, ssenari film üçün uyğunlaşdırılır.
Ssenarini isə “Cesur ve Güzel” serialından ayrılan Ece Yörenç yazır. B.Saat və İ.Kaleli filmdə baş qərhəmanları canlandıracaqlar və “Ay Yapım” bu layihənı dünyaya təqdim etmək istəyir.
Qeyd edək ki, B.Saat yeni mövsümdən etibarən “Qadın” adlı serialda da görünəcək.