Suriyada vahid koalisiya cəbhəsinin yaradılması ilə bağlı 2015-ci ildə irəli sürülən təklifin şərtlərinə ABŞ əməl etmədi.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
“Cənab Putin BMT Təhlükəsizlik Şurasında terrora qarşı vahid cəbhənin yaradılmasını təklif etmişdi. ABŞ tərəfi ilə müzakirələr aparıldı. Hətta danışıqlara hərbi mütəxəssislər də qoşuldu. Lakin təəssüflər olsun ki, rəsmi Vaşinqton şərtlərə əməl etmədi. Hazırda həmin əməkdaşlığı İran və Türkiyə ilə davam etdiririk”, – XİN rəhbəri bildirib.