Müğənni Rəqsanə İsmayılovanın qızı Aysunun türkiyəli nişanlısı Ali Tanrıkulundan ayrılması ilə bağlı xəbər yayılmışdı.
Axşam.az-ın məlumatına görə, Aysun və nişanlısı son vaxtlar sosial şəbəkədə paylaşdıqları ayrılıq mesajları, bir-birini izləməkdən silmələri ilə diqqət çəkmişdi.
A.İsmayılova İnstaqramda canlı yayımda olarkən, ona ünvanlanan “Nişanını qaytarmısan? Ona görə depressiyadasan” suallarına belə cavab verib:
“Hə, qaytarmışam. Depressiyada deyiləm, hər şey yaxşıdır”.
Qeyd edək ki, R.İsmayılova Alinin ailəsi ilə tanış olduğunu, onların “Skype” vasitəsilə elçilik etdiklərini, Aysunun “hə”sini nənəsinin verdiyini demişdi.
Türkiyədə təhsil alan Aysun bir müddət əvvəl Rusiyaya, anasının yanına köçüb. Tanrıkulu da bir neçə ay əvvəl Moskvaya onun yanına getmişdi. Rəqsanə keçmiş kürəkəni ilə fotolarını izləyiciləriylə bölüşmüşdü.