Futbol üzrə milli komandamız DÇ-2018-in seçmə mərhələsində Azərbaycan – Almaniya görüşü başa çatdı.
Almaniya yığmasının hücumçusu Andre Şürrle 81-ci dəqiqədə hesabı 1-4 edib.
****
Bu gün milli komandamız DÇ-2018-in seçmə mərhələsində növbəti oyununa çıxıb.
Millimiz dördqat dünya çempionuna qarşı meydana çıxıb. Doğma divarlar arasında keçiriləcək qarşılaşmanın fovariti Almaniyadır. Görüş Bakı vaxtı ilə 20:00-da Tofiq Bəhramov stadionunda başlayıb. Yığmamız qrupdan çıxmaq üçün şanslarını davam etdirmək niyyətindədir.
26 mart
DÇ-2018-in seçmə mərhələsi
26 mart
DÇ-2018-in seçmə mərhələsi
C qrupu
Qol: Andre Şürrle, 19 (0:1), Dmitri Nazarov, 31 (1:1), Tomas Müller, 35 (1:2), Mario Qomes, 45 (1:3)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu
Azərbaycan: Kamran Ağayev, Pavel Paşayev, Rəşad Sadıqov (kapitan), Bədavi Hüseynov, Məhəmməd Mirzəbəyov, Qara Qarayev, Cavid Hüseynov, Rahid Əmirquliyev, Dmitri Nazarov, Əfran İsmayılov, Ramil Şeydayev
Almaniya: Bernd Leno, Yonas Hektor, Benedikt Hövedes, Mats Hummels, Samii Xedira (kapitan), Yulian Draksler, Toni Kroos, Andre Şürrle, Tomas Müller, Yozua Kimmix, Mario Qomez
Musavat.com