ABŞ şirkətləri Yutubdan imtina edir - Səbəb

ABŞ-ın nəhəng şirkətləri ekstremist videolarla əlaqədar Yutub saytında reklamlarını yerləşdirməkdən imtina edirlər.

APA-nın məlumatına görə, “Pepsi”, “Ualmart” və “Starbaks” şirkətləri də bu kampaniyaya qoşulublar.

“Pepsi” şirkətinin yaydığı bəyanatda bildirilib ki, şirkətin Yutubdakı bəzi reklamlarının nifrət və zorakılıq təbliğ edən videolarla birlikdə nümayişi narahatlıq və təəssüf doğurub. “Ualmart” bu halın şirkətin imicinə uyğun olmadığını vurğulayıb. “Starbaks” də müvəqqəti olaraq “YouTube”-də reklamlarını dayandırdığını açıqlayıb.

Qeyd edək ki, bir neçə şirkətin Yutubda reklamları ekstremist videoroliklərlə birgə yayımlanıb. Bundan sonra bir neçə böyük şirkət Yutubun məxsus olduğu Quql şirkəti ilə əməkdaşlığını dayandırdığını açıqlayıb. Bunların sırasında ABŞ-ın nəhəng telekommunikasiya şirkəti “Verizon i AT&T”, kosmetika və tibb avadanlıqları istehsalçısı “Johnson & Johnson”, Böyük Britaniyanın “Royal Bank of Scotland”, HSBC və “Lloyds” bankları var.

Quql şirkəti isə reklamların yerləşdirilməsinə nəzarəti sərtləşdirəcəklərini, bir daha belə hala yol verilməməsinə çalışacaqlarını bəyan edib.

loading...