Загрузка...

Londonda terror hücumu - Böyük Britaniya parlamenti hədəfdə- CANLI YAYIM, FOTOLAR

 

Böyük Britaniyanın Parlament binası yaxınlığındakı Vestminster körpüsü üzərində terror hadisəsi baş verib.

 

Musavat.com beynəlxalq KİV -lərə istinadən xəbər verir ki, bir terrorist maşınla qarşısında olan hər kəsi əzərək keçib. Daha sonra həmin şəxs polisə bıçaqla hücum edib. Nəticədə onu 3 güllə ilə vurub, öldürüblər.

 

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, parlamentin işi dayandırılıb, bina mühasirəyə alınıb.

“İnsident, mahiyyət etibarı ilə Vestminster körpüsündə baş verib. Hər yan polis tərəfindən mühasirəyə alınıb, ərazidə polis vertolyotu dövr edir”, – deyə “Sky News” telekanalının məlumatında bildirilir.

Hadisə olan ərazidə dükanlar bağlanıb. Həmçinin, London metrosunun fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Musavat.com xatırladır ki, ötən il martın 21-də Belçikanın paytaxtı Brüsseldə bombalı terror aksiyası olmuşdu. Ekspetlər Londonda baş verən terrorla Brüssel terroru arasında əlaqənin olmasına diqqət çəkirlər.

 

***

Son məlumatlara əsasən, terrorçu əvvəl maşınla insanları əzərək keçib, daha sonra isə parlament binasına girməyə çəhd edib.  Hadisə nəticəsində 11 nəfərin yaralandığı bildirilir və hazırda təcili yardım işçiləri yaralılara tibbi yardım edir. Terrorçunun millət vəkillərini hədəf aldığı ehtimal edilir. Evronews kanalının məlumatına görə, yaralı qadınlardan birinin həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada dünyasını dəyişib. Digər yaralılardan da bəzilərinin həyati təhlükəsi davam edir. Yaralılardan 3-nün fransalı tələbələr olduğu bildirilib. Yaralıların arasında çox sayda polisin də olduğu deyilir.

***

Hadisə baş verən an Böyük Britaniyanın baş naziri Teresa Meyin də parlament binasında olduğu qeyd edilib. O, hadisədən dərhal sonra təhlükəsizlik qüvvələrinin köməkliyi ilə parlament binasından çıxarılıb. Deputatlar isə hələ də Parlamentdədir. Onlara ofislərindən çıxmamaq haqqında tapşırıq verilib.

 

London polisi hələ ki, terrorçunun kimliyi barədə açıqlama verməyib. Hadisə şahidlərinin sözlərinə görə isə terrorçu 40 yaşlarında, qara geyimdə olub və təxminən 20 sm-lik bıçaqla polisin üstünə yeriyərək polisi vurub və parlament binasının baxçasına girməyə çalışıb. Terrorçu polis tərəfində vurularaq öldürülüb. Hadisə vaxtı bəzi vətəndaşlar canlarını xilas etmək üçün özlərini çaya atıblar. Onlardan biri çaydan sağ olaraq çıxarılıb.

***

Mətbuata İlk rəsmi açıqlama verən London polisi hadisə barədə detallara varmayıb, yaralı və ölü sayı barədə dəqiq rəqəm və detal söyləməyib. Hadisəni terror olaraq dəyərləndirən London polisi turistlərə və şəhər sakinlərinə hadisə baş verən əraziyə yaxınlaşmamaq barədə xəbərdarlıq edib.

***

ABŞ prezidenti London hadisələrini yaxından təkib etdiyini bildirib.

 

***

 

Hadisə şahidlərinin sözlərinə görə, avtomobildə iki terrorçu olub, onlardan biri iki polisi bıçaqla yaralayıb. Yaralanan polislərdən biri az əvvəl həyatını itirib. Polisin açdığı atəş nəticəsində bıçaqlı terrorçu öldürülüb, digər terrorçu isə hadisə yerindən qaçıb. Polislər ikinci terrorçunu tutmaq üçün əməliyyat keçirir.

***

Hadisə nəticəsində terrorçu, 1 polis və 1 qadın ölüb. 10-dan çox yaralının olduğu bildirilir.

 

Musavat.com

CANLI YAYIM


İngiltere Parlamentosuna Silahlı Saldırı by haberler

Londonda terror hücumu - Böyük Britaniya parlamenti hədəfdə- CANLI YAYIM, FOTOLAR

Londonda terror hücumu - Böyük Britaniya parlamenti hədəfdə- CANLI YAYIM, FOTOLAR

Londonda terror hücumu - Böyük Britaniya parlamenti hədəfdə- CANLI YAYIM, FOTOLAR Londonda terror hücumu - Böyük Britaniya parlamenti hədəfdə- CANLI YAYIM, FOTOLAR Londonda terror hücumu - Böyük Britaniya parlamenti hədəfdə- CANLI YAYIM, FOTOLAR Londonda terror hücumu - Böyük Britaniya parlamenti hədəfdə- CANLI YAYIM, FOTOLAR

Londonda terror hücumu - Böyük Britaniya parlamenti hədəfdə- CANLI YAYIM, FOTOLAR
Londonda terror hücumu - Böyük Britaniya parlamenti hədəfdə- CANLI YAYIM, FOTOLAR
Londonda terror hücumu - Böyük Britaniya parlamenti hədəfdə- CANLI YAYIM, FOTOLAR
Londonda terror hücumu - Böyük Britaniya parlamenti hədəfdə- CANLI YAYIM, FOTOLAR