Hazırda Ermənistan paytaxtında “Sosna Tser” qruplaşmasının “çörəkdaşıyan”ı Artur Sərkisyanın ölümünə etiraz olaraq növbəti aksiyası keçirilir.
Musavat.com-un məlumatına görə, Dəmirçyan adına idman-konsert kompleksindən başlayan yürüş Lukaşina 152 ünvanında yerləşən “San Lazar”mərasim zalına qədər davam edib. Əllərində gül, “çörəkdaşıyan”ın şəkillərini tutmuş aksiya iştirakçıları saat 18.00-da Sərkisyan üçün dua edəcəklər. Saat 19-da isə Azadlıq meydanında şamlar yandırılacaq. Qeyd edək ki, A.Sərksiyan sabah Şaumyan qəbristanlığında dəfn ediləcək. Hakimiyyət aksiya iştirakçılarının siyasi tələbləri kimi, onun Qarabağ müharibəsində öldürülənlərin dəfn olunduğu qəbristanlıqda basdırılmasına icazə verməyib.