DÇ-2018-in seçmə mərhələsində Azərbaycan – Almaniya oyununu rəqib ölkədə qadın jurnalist şərh edəcək.
Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, RTL telekanalında canlı yayımlanacaq matçı tamaşaçılara Laura Vontorra çatdıracaq.
O, qarşılaşmanı Almaniya millisinin sabiq qapıçısı Yens Lehmanla birlikdə şərh edəcək. Bu, Lauranın uşaqlıq arzusu olub. Telekanal rəhbərliyinin bu etimadından sonra Laura sevincini dilə gətirib:
“Çox sevinirəm. Yens Lehmanla birlikdə futbol şərh etmək möhtəşəm olacaq”.
Qeyd edək ki, martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq.