Arda Turan keçmiş sevgilisi ilə barışdı

Futbolçu Arda Turan keçmiş sevgilisi Aslıhan Doğanla barışıb.

Axşam.az-ın Türkiyə məlumatına görə, bir il sevgili qaldıqdan sonra ayrılan cütlük bir müddət idi ki, qarşılaşmamağa çalışır, bir-birlərindən qaçırdılar.

Lakin son günlər onların artıq yenidən telefonla danışdığı, mesajlaşdığı ortaya çıxıb. Hələ birgə görünməyən ikilinin yenidən sevgili ola biləcəyi istisna edilmir.